İran İsraildə sənaye obyektini hədəfə alıb
29
mar
2026
20:07
İran tərəfindən İsrail ərazisində yerləşən Neot-Hovav sənaye zonası raket hücumuna məruz qalıb.
BAKU.WS xəbər verir ki, zərbə "ADAMA" şirkətinə məxsus zavodu hədəf alıb. Şirkətin açıqlamasında bildirilib ki, obyektə raket və ya onun qalıqları dəyib.
Hücum nəticəsində xəsarət alanların olmadığı qeyd edilsə də, hadisə yerində yanğın baş verdiyi bildirilib.
Qeyd olunub ki, zavoda dəyən ziyanın miqyası hələ də dəqiqləşdirilir. "ADAMA" şirkəti "Syngenta Group" tərkibində fəaliyyət göstərir.
Oxşar xəbərlər
ABŞ İranla əlaqələrə görə hüquq şirkətinə sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Yunanıstan və Panamada ofisləri olan "Karnakis and Karnakis" hüquq şirkətinə İran məhsullarının beynəlxalq bazarlara tədarükünə kömək ehti...