İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən zərbələrlə əlaqədar dərhal təxliyə olunmağa çağırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Jazeera" İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.
"Dərhal bu əraziləri tərk edin və təhlükəsiz bölgələrdə yerləşin", - bəyanatda bildirilib.
Bununla yanaşı, "Press TV" xəbər verir ki, İran hərbçilərinin Səudiyyə Ərəbistanında zərbə hədəfləri Əl Cübail şəhərindəki neft-kimya kompleksi və "Saudi Aramco" ilə "Exxon Mobil" şirkətlərinə məxsus SAMREF neft emalı zavodu (NEZ) olacaq. Qətərdə - Musayid şəhərindəki neft-kimya kompleksi və Ras-Laffan şəhərindəki NEZ. BƏƏ-də - Əl-Hüsnə qaz yatağı.
Daha əvvəl məlum olub ki, İsrail hərbi hava qüvvələri İranın cənubundakı qaz infrastrukturuna, o cümlədən Cənubi Pars yatağına və onunla əlaqəli infrastruktura zərbələr endirib. Tehrandan bildirilib ki, İran infrastrukturuna edilən hücumlar cavabsız qalmayacaq.
"Bloomberg" agentliyinin məlumatına görə isə bir neçə neft hasilatı şirkəti İranın xəbərdarlığından sonra Fars körfəzi bölgəsində yerləşən obyektlərdən işçi heyətinin təxliyəsini həyata keçirir.
Oxşar xəbərlər
Qərbdən İranla bağlı ETİRAF
Qərb İranı havadan devirməyin mümkünsüzlüyünü etiraf edib. BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetində m...