İran ABŞ ilə dialoqa hazırdır
28
yan
2026
20:09
İranın BMT-dəki missiyası Tehranın ABŞ ilə dialoqa hazır olduğunu bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qurum bu barədə "X" hesabındakı paylaşımında məlumat yayıb.
"Keçən dəfə ABŞ Əfqanıstan və İraqda müharibələrə başlayanda 7 trilyon dollardan çox vəsait xərclədi və 7 mindən çox amerikalı həlak oldu. İran qarşılıqlı hörmət və maraqlar əsasında dialoqa hazırdır - lakin ona təzyiq göstərilərsə, özünü müdafiə edəcək və cavabı son dərəcə sərt və qətiyyətli olacaq!", - paylaşımda qeyd olunur.
Oxşar xəbərlər
Lüks brend mağazalarını talan edib, küçələrdə satırlar
Fransada günlərdir davam edən etiraz aksiyalarından sonra yeni görüntülər yayılıb. BAKU.WS xəbər verir ki, videolarda lüks brend mağazalarından oğurlanan məhsu...