İran ABŞ bazalarına yeni hücum dalğası başlatdı
İran Yaxın Şərqdəki ABŞ bazalarına yeni hücumlar həyata keçirib.
BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Fars xəbər agentliyi "Telegram" kanalında məlumat yayıb.
"İran İslam Respublikasının silahlı qüvvələri bir neçə dəqiqə əvvəl Qərbi Asiyadakı Amerika bazalarına yeni raket və pilotsuz təyyarə hücumları dalğası başlatdı" - deyə bəyanatda qeyd edilib.
Məlumata görə, İran ABŞ-nin Doha , Küveyt , Dubay , Bəhreyn və Əbu-Dabidəki bazalarına hücum edib.
Onu da bildirək ki, daha əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının (SNSC) katibi Əli Laricani İslam Respublikasının ABŞ-la danışıqlar aparmayacağını bildirmişdi. Bu, "Wall Street Journal" qəzetində onun ABŞ-a İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyi təklif etdiyi iddia edilən məqaləyə cavab idi.
Xatırladaq ki, fevralın 28-dən etibarən İsrail-ABŞ və İran arasında qarşılıqlı hava hücumları davam edir.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı MN neft emalı zavoduna hücumla bağlı MƏLUMAT YAYDI
Səudiyyə Ərəbistanı neft emalı zavoduna hücum etməyə çalışan dronları ələ keçirdiyini, dağıntıların yanğına səbəb olduğunu bildirib. BAKU.WS xəbər verir ki, bu...