iPhone işlədənlərin NƏZƏRİNƏ! - Uşaqlarla bağlı bu YENİLİK OLACAQ

iPhone işlədənlərin NƏZƏRİNƏ! - Uşaqlarla bağlı bu YENİLİK OLACAQ
Dünya 143

Apple şirkəti iOS 18 əməliyyat sisteminin yeni versiyasında uşaqları qeyri-münasib kontentdən qorumaq üçün yeni funksiya təqdim edib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.

Yeni funksiya iMessage, AirDrop, FaceTime və qalereya tətbiqində alınan və saxlanılan foto və videoları yoxlayacaq. Yeni senzura aləti "Apple" texnikasından istifadə edən uşaqların təhlükəsizliyi üçün tətbiq edilib.

Funksiya qeyri-münasib kontenti, məsələn, çılpaqlığı blok edəcək. Həmçinin belə kontentin aşkarlanması zamanı ekranda xəbərdarlıq pəncərəsi görünəcək. iOS bu pəncərə vasitəsilə nə etmək lazım olduğunu - valideynlərə və ya qəyyumlara məlumat vermək, yaxud birbaşa polisə müraciət etmək barədə məsləhət verəcək.

Əgər uşaq ona göndərilən bu cür kontentdən şikayət etsə, onu "Apple" moderatorları nəzərdən keçirəcək. Lazım gəldikdə onlar ərizəni yerli hüquq-mühafizə orqanlarına ötürə biləcəklər.

Funksiya ilk növbədə Avstraliyada tətbiq olunacaq. İlin sonuna qədər Avstraliya hökuməti İT şirkətlərindən bulud xidmətləri vasitəsilə ötürülən kontenti nəzarətdə saxlamağı tələb edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər

Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər

Kreatin əlavəsi bağırsaq iltihabının beyində yaratdığı zədələnmələri azaltmağa kömək edə bilər. Siçanlar üzərində aparılan araşdırmada bu maddənin yaddaş və öyr...

53 Dünya 23:51 15 oktyabr 2026

Son xəbərlər