iPhone 17-ni nəm salfetlə silib ŞOK oldu
Sosial şəbəkə istifadəçisi iPhone 17 Pro Max modelinə aid fotolar paylaşaraq bildirib ki, cihazı nəm salfetlə sildikdən sonra telefonun arxa panelindəki rəng örtüyünün bir hissəsi silinib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, Reddit də daxil olmaqla digər böyük platformalarda bu cür şikayətlər qeydə alınmayıb. Buna görə də hadisə hələlik təkcə bu cihazla bağlı fərdi hal kimi qiymətləndirilir və ya istifadə edilən salfetlə əlaqədar ola bilər. Mütəxəssislərin sözlərinə görə, bəzi nəm salfetlərdə hidrogen peroksid və ya spirt kimi maddələr ola bilər və bunlar rənglənmiş səthlərə zərər verə bilər.
Apple isə əvvəllər dəfələrlə xəbərdarlıq edib ki, şirkət cihazların təmizlənməsi üçün aqressiv kimyəvi tərkibli vasitələrin istifadəsini qəti şəkildə tövsiyə etmir.
Oxşar xəbərlər
Hollivudu yasa boğan FACİƏ: Venn Alton Devis həyatını itirib
"The Marvelous Mrs. Maisel" serialındakı rolu ilə tanınan amerikalı aktrisa Venn Alton Devis Nyu-Yorkun Manhattan bölgəsində baş verən bədbəxt hadisə nəticəsind...