İngiltərədə polis müdaxiləsi zamanı 24 yaşlı gənc həyatını itirdi
28
apr
2025
13:33
İngiltərənin Milton Keynes şəhərində polis əməkdaşı Martin Consun həddindən artıq güc tətbiq etməsi nəticəsində 24 yaşlı Brian Rinqros həyatını itirib.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, gənc xəstəxananın təcili yardım şöbəsində qandallı və halsız vəziyyətdə olarkən yerə sərt şəkildə atılıb.
Hadisədən sonra süni komaya salınan Rinqros altı gün sonra vəfat edib.
Araşdırmalar nəticəsində onun ölümünün qanunsuz güc tətbiqi və səhlənkarlıq nəticəsində baş verdiyi müəyyən edilib. Polis əməkdaşı Cons xidmətdən uzaqlaşdırılsa da, ona qarşı cinayət işi açılmayıb.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...