İngilis turist pikap oğurladı, sahibi GPS-lə onu tapdı

İngilis turist pikap oğurladı, sahibi GPS-lə onu tapdı
Dünya 67

Taylandın Nakhon Ratçasima bölgəsində 42 yaşlı britaniyalı turist oğurladığı pikap avtomobili GPS izləmə sistemi vasitəsilə tapılıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Çiçester şəhərindən olan Skott adlı şəxs daha əvvəl qaldığı istirahət obyektindən icazəsiz şəkildə avtomobili götürərək təxminən 7 kilometr uzaqlıqdakı kəndə aparıb.

Avtomobilin sahibi, 61 yaşlı Kukrit Suetrong səhər nəqliyyat vasitəsinin yerində olmadığını görərək GPS vasitəsilə izləməyə başlayıb. Avtomobildə quraşdırılmış kamera görüntülərində onun arxa nömrə nişanını çıxarmağa çalışan turisti saxladığı əks olunub.

Şübhəli hadisə yerindən uzaqlaşsa da, avtomobildə pasportunun surətini unutduğuna görə kimliyi qısa zamanda müəyyən edilib. Polis turistin hadisə zamanı sərxoş olduğunu və açarı obyektin otaqlarından birindən götürdüyünü bildirib. Pikapın yük yerində isə oğurluq olduğu ehtimal edilən motosiklet aşkarlanıb.

Tərəflər arasında razılıq əldə olunduğundan turist zərərçəkmişə təzminat ödəyib və şikayət geri götürülüb. Nəticədə cinayət işi başlanmayıb. Obyekt sahibi bildirib ki, turist əvvəllər də qonaq olduğu üçün ondan şübhələnməyib.

Son xəbərlər