Ekrem İmamoğlunun vəkili Mehmet Pehlivan azadlığa buraxılıb
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun vəkili Mehmet Pehlivan sərbəst buraxılıb.
BAKU.WS-in Haber Global-a istinadən verdiyi məlumata görə, İstanbul Respublika Baş Prokurorluğunun Pulların Yuyulmasına Qarşı Mübarizə Bürosu tərəfindən aparılan istintaq çərçivəsində "Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması" maddəsi üzrə saxlanılan Pehlivanın polis bölməsində dindirilməsi başa çatıb.
Məhkəmə qərarına əsasən, o, xaricə çıxış qadağası ilə məhkəmə nəzarəti tədbiri altında azadlığa buraxılıb.
***10:42
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırma nəticəsində İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivan barəsində həbs qərarı verilib.
BAKU.WS dha-ya istinadən xəbər verir ki, o, Türkiyə Cinayət Məcəlləsinin 282-ci maddəsi və 5549 saylı qanun əsasında saxlanılıb.
CHP-nin Yüksək İntizam Komissiyasının sədri və İstanbul millət vəkili Turan Taşkın Özer də sosial media hesabında paylaşım edərək İmamoğlunun vəkilinin həbs olunduğunu təsdiqləyib.
Oxşar xəbərlər
Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefon danışığı aparıb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb. BAKU.WS "Rep...