İlon Mask: Pul ilə xoşbəxt olmaq olmur
Amerikalı milyarder və sahibkar İlon Mask sosial şəbəkə X-də paylaşım edərək pulun insanı xoşbəxt etmədiyini bildirib.
BAKU.WS xəbər verir ki, paylaşımda Mask "Pul ilə xoşbəxtlik almaq olmur" ifadəsinin doğru olduğunu etiraf edib.
O, bunu yazanların haqlı çıxdığını qeyd edib və paylaşımına kədərli emoji əlavə edərək özünün də eyni vəziyyətdə olduğunu eyham vurub.
Qeyd edək ki, bu açıqlama Maskın sərvətinin 800 milyard dollara çatması ilə bağlı müzakirələr fonunda səslənib. O, tarixdə bu həddə çatan ilk insan hesab olunur və potensial ilk trilyoner kimi dəyərləndirilir.
Məlumata görə, Maskın paylaşımı qısa müddətdə 34 milyondan çox baxış toplayıb.
Oxşar xəbərlər
ChatGPT-də YENİ DÖVR başladı
OpenAI məşhur süni intellekt söhbət platforması ChatGPT-də ABŞ istifadəçiləri üçün reklamları tətbiq edib. İlk mərhələdə "Pulsuz" və yeni "ChatGPT Go" istifadəç...