İlon Mask Nobel Sülh Mükafatına namizəd oldu
Amerikalı milyarder İlon Maskın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Avropa Parlamentinin sloveniyalı deputatı Branko Qrims "Facebook" sosial şəbəkəsində məlumat verib.
Qrims bildirib ki, o, Maskı mükafata "insanların əsas hüququ olan söz azadlığına və buna görə də sülhə ardıcıl sadiqliyinə görə" namizəd göstərib.
Avropa Parlamenti deputatı həmçinin "bu işdə kömək edən hər kəsə" təşəkkür edib.
"İlon Maskın söz azadlığına və dolayısıyla sülhə olan davamlı dəstəyinə görə 2025-ci il üçün Nobel Sülh Mükafatı alması təklifi bu gün uğurla təqdim edildi. Bütün həmmüəlliflərə və bu işdə kömək edən hər kəsə səmimi təşəkkürlər", - deyə Qrims yazıb.
Oxşar xəbərlər
KİV: Ukrayna NATO ölkələrinin ehtiyatda olan zabitlər konfederasiyasına qoşulub
Ukrayna NATO ölkələrinin ehtiyatda olan zabitlərinin Birləşmiş Konfederasiyasının (CIOR) üzvü olub. "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə...