İldırım beş tələbəni yerə SƏRDİ – ANBAAN VİDEO
Hindistanın şimalında yerləşən Teerthanker Mahaveer Universitetində ildırımın beş tələbəni vurduğu dəhşətli anlar təhlükəsizlik kameralarına düşüb.
BAKU.WS xəbər verir ki, hadisə güclü yağış zamanı baş verib. Kadrlarda tələbə qrupunun yağışdan qorunmaq üçün bir ağacın altına sığındığı, elə bu anda isə ildırımın həmin yerə düşdüyü görünür.
İldırımın vurması ilə tələbələr dərhal yerə yıxılıb. Videoda onların hərəkətsiz halda yerdə qaldığı müşahidə olunur. Hadisə şahidlərindən bəziləri qorxu ilə ərazidən uzaqlaşsa da, bir neçə nəfər dərhal köməyə qaçıb.
Məlumata görə, ildırımdan xəsarət alan tələbələrin hamısında yanıq izləri aşkarlanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Oxşar xəbərlər
Şri-Lankada "Ditva" siklonu nəticəsində ölənlərin sayı 479-a çatıb
Şri-Lankada "Ditva" qasırğası nəticəsində həlak olanların sayı 479 nəfərə çatıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətləri...