"İffet" filminin Cemili illər sonra TANINMAZ HALDA
"Yeşilçam"ın sevilərək izlənilən "İffet" filminin aktyoru illər sonra xarici görünüşü ilə hər kəsi təəccübləndirib.
BAKU.WS xəbər verir ki, ekran işində Cemil obrazına həyat verən Faruk Peker tanınmaz hala düşüb.
O hazırda Muğlanın Köyceğiz bölgəsində yaşayır.
Özünə yutub kanalı açan aktyor sənəti ilə bağlı bu günə qədər öyrəndiyi hər şeyi videolar çəkərək gənc həmkarlarına öyrədir.
İllər sonra "İffet"lə bağlı xatirəsini bölüşən Faruk "Çəkilişə gələndə rejissor mənə dedi ki, elə bir film çəkəcəyik ki 50 il danışılacaq" sözlərini söyləyib.
Xatırladaq ki, "İffet" filmi 1982-ci ildə lentə alınıb. Rollarda Faruk Pekerlə yanaşı Müjde Ar, Savaş Başar, Ergün Uçucu ve Damla Çoşkunoğlu kimi tanınmış simalar da yer alıb.
Filmin rejissoru Kartal Tibetdir.
Oxşar xəbərlər
Güllü cinayəti ilə bağlı etiraf: "Qızı öldürdüyü anasının cənazəsində "Oskar"lıq rol oyanyırdı"
Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı aparılan məhkəmə prosesində hadisənin təfərrüatlarını dəyişə biləcək yeni səs yazısı ortaya çıxıb. Hadisə gecəsi mənzi...