Husilər Qırmızı və Ərəb dənizlərində ABŞ aviasiya daşıyıcılarına hücum ediblər
"Ənsarullah" (husilər) hərəkatı ABŞ-nin Qırmızı və Ərəb dənizlərindəki iki aviasiya daşıyıcısına hücum edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə hərəkatın bəyanatında bildirilib.
"Biz Qırmızı və Ərəb dənizlərində ABŞ aviadaşıyıcıları "Harry Truman" və "Carl Vinson", eləcə də onların hərbi gəmilərinə qarşı ikiqat hərbi əməliyyat keçirdik", - bəyanatda qeyd olunub.
Bildirilib ki, bu, ABŞ-nin Yəmənin qərbindəki neft limanına zərbələr endirməsinə cavab olub. Qeyd edək ki, nəticədə 70-dən çox insan həlak olub.
Eyni zamanda husilərin hərbi komandanlığı bildirib ki, bu, "Vinson" aviasiya daşıyıcısının Ərəb dənizinə gəlişindən bəri ona edilən ilk hücum hadisəsidir.
Oxşar xəbərlər
Yaxın Şərqdəki böhran səbəbindən Meksikada yanacaq qiymətləri artıb
İran ətrafında vəziyyətin gərginləşməsindən bəri Meksikada avtomobil yanacağının qiymətləri davamlı artım nümayiş etdirir. BAKU.WS "Report"a istinadən xəbər ver...