Husilər müharibəyə qoşuldu - İsrailə raket atıldı
28
mar
2026
14:54
Yəmənin "Ənsarullah" hərəkatı İsrailin cənubundakı hərbi hədəflərə ballistik raketlərlə zərbələr endirib.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Husilər bəyan ediblər ki, İrana və müttəfiqlərinə qarşı müharibə dayandırılana qədər öz hücumlarını davam etdirəcəklər.
Qeyd edək ki, İsrail və ABŞ koalisiyası ilə İran arasında müharibənin başlamasından bir ay sonra - martın 28-də səhər saatlarında Yəməndən olan husilər prosesə qoşulublar. Onlar İsrailin Negev bölgəsinə doğru raket atıblar.
Oxşar xəbərlər
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Hörmüz boğazında hərbi mövcudluğun enerji qiymətlərinə təsiri barədə danışıb. BAKU.WS xəbər verir ki, Vens "CBS" telekanalı...