Husilər İsrail ərazisinə raket zərbəsi endirdiklərini açıqlayıblar
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər İsrailin Hayfa şəhərində yerləşən hədəfə hipersəs ballistik raketlə hücum edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya bildirib.
"Yəmənin raket qüvvələri hərbi əməliyyat keçirərək işğal olunmuş Hayfa bölgəsində İsrailin kritik obyektini hipersəs ballistik raketlə vurub. Bu, bir neçə saat ərzində ikinci belə əməliyyatdır", - o deyib.
Daha əvvək husilər İsrailin şimalındakı Ramat David aviabazasına raket zərbəsi endirdiklərini açıqlamışdılar.
İsrail ordusunun mətbuat xidməti hərbçilərin Yəməndən yeni raket buraxılışını qeydə aldığını bildirib. Bu gün səhər saatlarında İsrail ordusu ölkənin hava məkanından kənarda bir raketi "ələ keçirib".
Oxşar xəbərlər
Türkiyədə plastik əməliyyat olunan qadın burnunun yarısını itirdi
Türkiyədə xarici vətəndaş olan qadın plastik əməliyyat qurbanı olub. BAKU.WS xəbər verir ki, o ilk növbədə əməliyyat etdirmək üçün öz ölkəsindən Türkiyəyə gəli...