Husilər ABŞ-yə məxsus "MQ-9" pilotsuz təyyarəsini vurublar
08
noy
2024
18:30
Husilər ABŞ-yə məxsus "MQ-9" pilotsuz təyyarəsini vurublar.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, ABŞ hərbçiləri Yəməndə onların pilotsuz təyyarəsinin husilər tərəfindən vurulduğunu təsdiq ediblər.
O da vurğulanır ki, hadisənin istintaqı aparılır.
Qeyd edək ki, husilər oktyabrın 7-də İsrail-Həmas qarşıdurmasının başlamasından bəri ABŞ-yə məxsus 10-dan artıq "MQ-9" kəşfiyyat-zərbə pilotsuz təyyarəsini məhv ediblər. ABŞ heç bir münaqişədə bu qədər PUA itirməyib.
Oxşar xəbərlər
İraqda xarici qadın jurnalist oğurlanıb
İraqın paytaxtı Bağdadda naməlum şəxslər xarici jurnalisti oğurlayıb. BAKU.WS xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik qadı...