Hindistanlı həkimlər beynindən güllə yarası alan pasiyentin həyatını xilas ediblər
Hindistanın Haydarabad şəhərində neyrocərrahlar beyninə güllə dəyən somalili xəstəni uğurla əməliyyat edərək həyatını xilas ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə "The Hindu" nəşri məlumat yayıb.
26 yaşlı Quleym Məhəmməd Xersi vətəni Somalidə odlu silah yarası alıb. Ağır vəziyyətdə, huşsuz halda Hindistana – ixtisaslaşmış xəstəxanaya çatdırılıb. Pasiyent xəstəxanaya ciddi nevroloji pozuntularla qəbul edilib.
Əməliyyat uğurla başa çatıb. Həkimlər Xersinin həyatını xilas etməklə yanaşı, onun bütün nevroloji funksiyalarını da qoruyub saxlaya biliblər. Somalili gənc tibbi personalı peşəkarlığa və göstərilən yardıma görə minnətdarlığını bildirib.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...