Hindistanda körpü çökdü: 6 ölü, 25 itkin
Hindistanın Pune şəhərində baş verən körpü faciəsi insan tələfatına səbəb olub.
BAKU.WS xəbər verir ki, Hindistan mediasında yayılan məlumatlara görə, Indrayani çayı üzərindəki körpü çöküb.
Nəticədə 6 nəfər həyatını itirib, 25 nəfər isə itkin düşüb. Axtarış-xilasetmə işləri davam etdirilir. Hadisənin səbəbi hələlik açıqlanmayıb.
Hadisə baş verən zaman körpü üzərində çoxlu sayda insan və nəqliyyat vasitəsi olub. Rəsmilər ərazidə fövqəladə vəziyyət elan ediblər və çayın axarı boyunca müşahidə tədbirləri gücləndirilib. Yerli sakinlər isə yaxınlarını axtarmaq üçün hadisə yerinə axışıb.
Oxşar xəbərlər
Pentaqon rəsmisi: Avropa ölkələri təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımalıdırlar
Amerika qoşunlarının Almaniyadan tələsik çıxarılması planı yoxdur, lakin Avropa ölkələri öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımalıdırlar. BAKU.WS "...