Hindistanda helikopter qəzası: 5 nəfər həyatını itirdi
Hindistanın Uttarakhand ştatında baş verən helikopter qəzası nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
BAKU.WS India Today nəşrinə istinadən xəbər verir ki, hadisə Uttarkashi bölgəsindəki Ganganani termal bulaqları yaxınlığında, yerli vaxtla saat 09:00 radələrində baş verib. Qəza zamanı 7 nəfərlik özəl helikopter Gangotri istiqamətində hərəkətdə olub.
Qəzada 5 nəfər həyatını itirib, daha 2 nəfər isə ağır yaralanıb.
Uttarakhand ştatının baş naziri Puşkar Sinx Dhami açıqlamasında hadisənin səbəblərinin araşdırılması üçün göstəriş verdiyini bildirib. Helikopterin özəl məqsədlə istifadə edildiyi qeyd olunur.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...