Hindistanda gözəllik yarışmasına meymunlar kütləvi şəkildə ərazidən uzaqlaşdırılıb

Hindistanın Telanqana ştatında keçiriləcək "Miss World" gözəllik müsabiqəsi səbəbilə bölgədə meymunların kütləvi şəkildə tutulmasına başlanılıb.
Bu barədə "Deccan Chronicle" nəşri məlumat yayıb.
Bildirilir ki, mayın 14-də gözəllik müsabiqəsinin iştirakçıları YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Ramappa məbədini və Varanqal qalasını ziyarət edəcəklər. Lakin Ramappa məbədi yalnız tarixi əhəmiyyəti ilə deyil, həm də aqressiv meymunların ziyarətçilərə tez-tez hücum etməsi ilə tanınır.
Qızların səfəri zamanı belə insidentlərin baş verməməsi üçün yerli hakimiyyət "Meymun əməliyyatı" adlandırılan xüsusi tədbirə start verib. Meşə təsərrüfatı idarəsinin rəhbəri Rahula Kişanın başçılığı ilə həyata keçirilən əməliyyat nəticəsində 150-dən çox meymun tutulub və Eturnaqaram qoruğunun dərinliyindəki əraziyə buraxılıb. Bunun üçün təcrübəli meymun tutucuları və xüsusi qəfəslər cəlb edilib.
Rahula Kişan zarafatla bildirib: "Müsabiqə iştirakçıları qarşılaşa biləcəkləri yeganə meymunlar məbədin divarlarında oyulmuş heykəllər olacaq."
Meymunların davranışından əziyyət çəkən yerli əhali isə bu təşəbbüsü alqışlayıb.
Qeyd edək ki, "Miss World" gözəllik yarışmasının finalı mayın 31-də keçiriləcək. 108 ölkədən, o cümlədən Ukrayna, Qırğızıstan və Qazaxıstandan iştirakçılar yarışmada təmsil olunacaq. Bu il Rusiya və Pakistanın nümayəndələri iştirak etmir.
Oxşar xəbərlər
Zelenski: Hamı Türkiyədə Putinlə görüşə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Ankarada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə keçiriləcək mümkün görüşdən nəticə gözləyir. BAKU.WS "Re...
