Hər gün ağ çörək yeməyin fəsadları
Hər süfrədə əsas qidalanma mənbəyi olan çörək, yüksək karbohidratlı qidalar arasındadır. Sağlam həyat tərzinə əhəmiyyət verən bir çox insan çörək istehlakını dayandırır. Bəs, mübahisəli qidalardan biri olan çörəyi hər gün yediyimiz zaman orqanizminizdə nə baş verir? Daim çörək istehlak etməyin orqanizmə bəzi mənfi təsirləri ola bilər. Bu səbəbdən çörəyi nəzarətli şəkildə istehlak etmək lazımdır. Bəzi çörəklər güclü lif mənbəyidir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, diyetoloqlar qara çörəyin nəzarətli şəkildə istehlak etməyin karbohidrat ehtiyaclarınızı qarşılayacağını və ziyansız olduğunu söyləyirlər. Lakin ağ çörəkdən istifadə edirsinizsə, onun sağlamlığınız üçün ciddi riskləri olduğunu unutmamalısınız.
Ağ çörəyin saxlama müddəti digər çörək növlərinə nisbətən daha uzundur. Müntəzəm istehlak edildikdə bədən sağlamlığına mənfi təsir göstərir. Hər gün ağ çörək yemək bədən sağlamlığını hətta təhdid edir. Ağ çörəkdə protein, lif, vitaminlər, minerallar və sağlam yağlar kimi qida maddələri azdır. Nisbətən yüksək kalorilidir və yeməkdən dərhal sonra qan şəkərinin səviyyəsinin yüksəlməsinə səbəb olur.
Tədqiqatlar göstərir ki, müntəzəm olaraq ağ çörək yemək 2-ci növ şəkərli diabet, piylənmə və ürək xəstəliyi kimi sağlamlıq problemlərinin inkişaf riskini artırır.
Qan şəkərinin artması
Ağ çörək yüksək şəkər tərkibli karbohidratdır. Bədən onu enerji üçün tez parçalayır, nəticədə qan şəkərinin sürətlə artması və yüksəlməsi baş verir. Bədən karbohidratları parçalayanda onları qlükozaya çevirir və qan şəkərinin səviyyəsini artırır.
Amerika Ürək Dərnəyinin araşdırmasında bu barədə "Qan şəkərinin səviyyəsi yüksələndə sürətlə aşağı düşür və sizdə ləng və yorğun hiss edirsiniz" sözləri qeyd edilib. Vurğulanır ki, ağ çörəyin istehlakı qanda şəkərin qəfil yüksəlməsinə səbəb ola bilər. Ağ çörəyin yüksək glisemik indeksi (qidaların qan şəkərinin səviyyəsini nə qədər artırdığının ölçüsü) var, qan şəkərinin yüksəlməsinə və azalmasına səbəb olur. Ağ çörək emal edildikdə, bir çox qida maddəsi xaric olur. Qara çörək bədən tərəfindən daha uzun vaxt ərzində həzm olunur və ağ çörəklə eyni qan şəkərinin artmasına səbəb olmur.
Bağırsaq sağlamlığına mənfi təsir edir
Qara çörək sağlam bağırsağı dəstəkləyən lif və digər qida maddələrini ehtiva edən karbohidratlardır. İstehsal zamanı ağ çörək bu qidalardan təmizləndiyi üçün eyni həzm sisteminə fayda vermir və mənfi təsir edir. Buğda üç komponentdən ibarətdir: kəpək, toxum və endosperm. Ağ çörək hazırlamaq üçün istehsalçılar taxıldan kəpəyi çıxarır, yalnız endospermi buraxırlar.
Lif qan şəkərinin səviyyəsini tarazlayan və yeməkdən sonra toxluq hissi yaradan qidadır. Liflə zəngin pəhriz ürək xəstəliyi riskinin aşağı düşməsi və bağırsaq sağlamlığının yaxşılaşması ilə əlaqələndirilir. Lif həmçinin bağırsağın nizamlılığını dəstəkləyir və qəbizliyin qarşısını alır. Ağ çörək bu sağlamlıq faydalarını təmin etmir.
Şəkərli diyabet və çölyak xəstələrinin diqqətinə!
Ağ çörək hər kəs üçün yaxşı seçim deyil. Qlüten çölyak xəstəliyi olan insanlar üçün yaxşı deyil və ağ çörəkdən çəkinməlidirlər. Çölyak xəstəliyi olan insanlar qlüten istehlak etdikdə onların immun sistemi nazik bağırsağı çətinə salır və zədələyir. Qlütenə qarşı dözümsüzlüyü və ya həssaslığı olan insanlar da şişkinlik kimi xoşagəlməz simptomlara səbəb ola biləcək ağ çörəkdən qaçınmağı seçə bilərlər. Ağ çörək, ehtimal ki, şəkərli diabet və ya qan şəkərinin səviyyəsinə təsir edən digər xəstəlikləri olan insanlar üçün yaxşı seçim deyil. Qan şəkəri səviyyəsinin yüksəlməsinə səbəb olduğundan, onu yemək diabetin idarə edilməsini çətinləşdirə bilər.
Oxşar xəbərlər
Hakan Fidan Suriyadakı hadisələrə REAKSİYA verdi
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Suriyadakı mövcud vəziyyətlə bağlı keçirilən mətbuat konfransında ölkəsinin Suriyanın ərazi bütövlüyünü qorumağa önəm...