"Havhavhav" mahnısı ilə məşhurlaşan reper həbs olundu

"Havhavhav" mahnısı ilə qısa zamanda məşhurlaşan türkiyəli reper "Lvbel C5" (əsl adı - Süleyman Burak Bodur) həbs olunub.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, reper dünən axşam saatlarında mahnılarında narkotik istifadəsini təşviq etmək cinayəti işlətdiyi səbəbiylə ifadə vermək üçün Gebze rayon Polis Şöbəsinə çağırılıb.
İfadəsi alınan reper daha sonra Gebze Sülh Cəza Məhkəməsinə sövq edilib. Narkotikdən istifadəni təşviq etdiyi üçün 5 ildən 10 ilə qədər mühakimə olunan məşhur reper məhkəmə tərəfindən həbs edilərək Kandıra Həbsxanasına göndərilib.
Xatırladaq ki, o, musiqi karyerasına 2019-cu ildə "Drop" mahnısı ilə başlayıb. 2021-ci ildə yayımlanan "Ralli" mahnısı böyük hit olub və Türkiyə hit-paradlarında bir nömrəyə yüksəlib.
Oxşar xəbərlər
Donald Trampın Qəzza üçün 20 maddəli sülh planı AÇIQLANDI
Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsində davam edən qarşıdurmanı dayandırmaq məqsədilə hazırladığı 20 maddəli tamformatlı sülh planını ictimaiyyətə...
