Hantavirusun yayıldığı kruiz gəmisi yenidən səfərə çıxır

Hantavirusun yayıldığı kruiz gəmisi yenidən səfərə çıxır
Dünya 7

Bir neçə nəfərin ölümünə səbəb olan hantavirusun yayıldığı MV Hondius kruiz gəmisinin fəaliyyətinə yenidən icazə verilib.

BAKU.WS xəbər verir ki, məlumata görə, may ayında gəmidə 13 hantavirus infeksiyası aşkarlanıb, onlardan üçü həyatını itirib. Hadisədən sonra gəmi tam dezinfeksiya olunub, ekipaj dəyişdirilib və geniş təhlükəsizlik tədbirləri görülüb.

Niderland rəsmiləri aparılan yoxlamalardan sonra gəminin yenidən istismarına icazə veriblər. MV Hondiusun iyunun 6-da Arktika istiqamətində ilk səfərinə çıxacağı gözlənilir.

Mütəxəssislər bildirirlər ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır və hazırda ona qarşı xüsusi peyvənd mövcud deyil.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər