"Haber Global": Birləşmiş Ştatlar YPG/PKK-yə dəstək verməkdə davam edəcək?
Türkiyənin "Haber Global" televiziya kanalında yayımlanan verilişdə ABŞ-nin Suriyadakı hadisələrə müdaxiləsi, xüsusən də YPG/PKK terrorçu qruplara dəstəyi müzakirə edilib.
Verilişdə Türkiyədə dərc olunan qəzetlərin siyasi şərhçiləri iştirak ediblər.
"Biz İŞİD, həmçinin YPG/PKK-ya mənsub olan terrorçu qrupların bir oyunun içində yer alaraq Türkiyənin sərhəd bölgəsində keçirdiyi təhlükəsizlik tədbirlərinə qarşı birgə çıxış etdiyinin şahidi olmuşuq.
Bəlkə də ilk baxışdan bu qrupları bir arada görmək bizə təəccüblü gəlir, amma hadisələrə diqqət etdikcə fərqli mənzərənin şahidi oluruq.
Məsələn, ABŞ Rəqqada YPG/PKK ilə bərabər əməliyyat keçirdi, lakin şəhər azad ediləndən sonra İŞİD-çilər avtobuslara mindirilərək şəhərdən çıxarıldı" , - deyə verilişin qonağı, türkiyəli jurnalist Metehan Demir bildirib.
Oxşar xəbərlər
Putin BƏƏ lideri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan ilə telefon danışığı aparıb. BAKU.WS xəbər verir ki, bu b...