Günlər sonra Tarkandan pozitiv paylaşım: "Artıq həyatı təxirə salmaq olmaz"
Meqastar Tarkan sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi İsveçrənin Sürix şəhərindən Almaniyaya qayıdarkən yolüstü "Rheinfall Schaffhausen" şəlaləsinə də gedib.
O bu barədə instaqram hesabında görüntülər paylaşıb.
Meqastar pozitiv fotolarını paylaşaraq qeyd edib ki, artıq həyatı təxirə salmaq olmaz.
"Bu gün Sürixdən Almaniyaya qayıdarkən "Rheinfall Schaffhausen" şəlaləsinə gəldik. Mənə xoş təsir etdi. Suyun gücünü yaxından görüb izləmək möhtəşəm idi... Səsi hələ də qulaqlarımdadır. Bu mənim unutmayacağım bir xatirə olacaq. Bundan sonra həyatı təxirə salmaq yoxdur".
Xatırladaq ki, bu ilin aprelində anası Neşe Tevetoğlunu itirən ifaçı ağır günlər yaşayırdı.
Oxşar xəbərlər
Tailand–Kamboca sərhədində qarşıdurma: Əhali kütləvi təxliyə olunur
Tailand və Kamboca sərhədində hərbi gərginlik son günlər daha da kəskinləşib. BAKU.WS xəbər verir ki, Tailand Ordusunun İkinci Hərbi Dairəsinin məlumatına görə...