Gülben Ergen 14 yaşında öldürülən Mattiaya görə keçirilən aksiyaya qatıldı
Müğənni Gülben Ergen yeni görüntüləri ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi Bakırköydə Mattia Ahmet Minguzzinin anası Yasemin Minguzzinin keçirdiyi aksiyaya qatılıb.
O cəmiyyətin diqqətini gənc yaşında qətlə yetirilən Mattianın qətlinə çəkməyə çalışıb.
İfaçı "Bu qadın "24 il istəyirəm" deyir. 54 il keçsə belə, ağrıları dinməyəcək. Bu qadın niyə burdadır? Ananın fəryadı dünyanı məhv edər" -deyə qeyd edib.
Gülben Ergenin dəstəyi sosial mediada da geniş rezonans doğurub.
Qeyd edək ki, İstanbulun Kadıköy səmtində 14 yaşlı gənc Mattia Ahmet Minguzzinə hücum edilərək qətlə yetirilib. 24 yanvar 2025-ci ildə baş verən hadisə beynəlxalq mediada işıqlandırılıb və Türkiyədə gənclərin zorakılığa məruz qalamsı ilə bağlı gərgin ictimai müzakirələrə səbəb olub.
Aksiyadan sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Rusiya Ermənistandan karantin nəzarəti altında olan malların idxalını qadağan edib
Rusiya iyunun 12-dən etibarən Ermənistandan göndərilən və karantin nəzarətinə aid edilən bütün məhsulların ölkəyə idxalını, eləcə də bu məhsulların Rusiya ərazi...