Göyərtəsində 173 sərnişin olan təyyarənin mühərriki havada alışdı
"IndiGo" aviaşirkətinə məxsus təyyarənin mühərriki havada alışıb və videoya düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "New York Post" (NYP) tabloidi məlumat yayıb.
Aydın olur ki, insident avqustun 30-da Hindistanın Kəlkətə şəhərindən Banqalor şəhərinə uçan təyyarənin göyərtəsində baş verib. Göyərtəsində 173 nəfərin olduğu təyyarənin mühərriki havaya qalxdıqdan dərhal sonra yanıb. Sərnişinlərdən birinin çəkdiyi kadrlarda mühərrikdən uçan qığılcımlar və qanadın alt hissəsinin tüstüləməsi görünür.
Nəşrin məlumatına görə, təyyarə uçuş hava limanına qayıtmalı və təcili eniş etməli olub. Hadisə zamanı xəsarət alan sərnişinlər və ekipaj üzvləri barədə məlumat vermir.
Oxşar xəbərlər
Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarə...