Google ChatGPT-yə bənzər axtarış funksiyası əlavə edib
ABŞ-nin "Google" şirkəti öz axtarış sisteminə ChatGPT-yə bənzər süni intellekt əsaslı çat-bot inteqrasiya edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
Məlumata əsasən, bu texnologiya şirkətin hər il keçirdiyi proqramçılar üçün konfransda təqdim olunub. Yenilik istifadəçilərə sual-cavab formatında dialoq aparmaq imkanı verəcək - ChatGPT kimi.
"Alphabet" şirkətinin rəhbəri Sundar Pichai bildirib ki, süni intellektin axtarış sisteminə inteqrasiyası bu sahəni tamamilə yenidən düşünməyə imkan verəcək. Qeyd olunur ki, "Google" bu istiqamətdə ilk addımlarını 2024-cü ildə təqdim edilən "AI Overviews" sistemi ilə atmışdı.
Bu sistem istifadəçi sorğularına müxtəlif mənbələrdən toplanmış məlumatlarla cavab verir. Bu cavablar istifadəçilər arasında populyar olsa da, reklam inteqrasiyalarına mənfi təsir göstərmişdi.
Təqdimat zamanı yeni süni intellekt texnologiyasında reklamların necə tətbiq olunacağı məsələsinə toxunulmayıb.
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...