"Game of Thrones"un müəllifi dirildilmiş canavarla pozalar verir

"Game of Thrones" serialının ilə tanınan yazıçı Corc Martin 12 min ildən çox əvvəl nəsli kəsilmiş və alimlər tərəfindən dirildiən canavarla foto çəkdirib.
BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Mən və Romulus, bəlkə də Remus. Onlar əkizdirlər və onları bir-birindən ayırmaq çətindir", - deyə Martin qeyd edib.
Martin uzun müddətdir ki, canavarların dirilməsi layihəsi haqqında məlumatlı olduğunu, lakin bu məlumatı uzun müddət gizli saxladığını etiraf edib. O, susmağa söz verdiyini, lakin xəbəri dünya ilə bölüşmək istəyinə qarşı çıxa bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, heyvanı Amerikanın Colossal Biosciences şirkətinin alimləri canlandırıblar.
Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
