"Game of Thrones" aktyoru yardım gəmisilə Qəzzaya gedir

"Azadlıq Donanması Koalisiyası"nın (FFC) "Madleen" adlı gəmisı İtaliyanın Kataniya şəhərindən Qəzzaya doğru yola çıxıb. Gəmidə məşhur "Game of Thrones" ("Taxt-tac oyunları") serialının aktyoru Liam Kaninqem və iqlim fəalı Qreta Tunberq də var.
BAKU.WS xəbər verir ki, Tunberq yola düşməzdən əvvəl bildirib ki, bu missiya blokadanı simvolik olaraq qırmaq və fələstinlilərə dəstək vermək məqsədi daşıyır. O, Fələstin üçün mübarizənin insanlıq borcu olduğunu deyib.
Yelkənli gəmidə süd tozu, tibbi ləvazimatlar və digər yardımlar var. Səfər beynəlxalq hüquqa uyğun aparılır. Təşkilat gəmiyə ediləcək müdaxilənin qanunsuz sayılacağını bildirib.
Qeyd edək ki, ötən ay təşkilatın digər gəmisinə dron hücumu olmuşdu. Hadisədən əvvəl bölgədə İsrailə məxsus hərbi təyyarənin uçduğu qeyd olunmuşdu.
Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
