Fransada növbədənkənar prezident seçkiləri keçirilə bilər
Sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen bəyan edib ki, Fransada vaxtından əvvəl prezident seçkiləri keçirilə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə o, "Le Parisien" qəzetinə verdiyi müsahibəsində danışıb.
"Emmanuel Makronun prezidentlik müddətini bitirmək qərarına gəlməsi üçün bir çox səbəb var. Mən Makronun zəif vəziyyətini və onun ixtiyarında qalan azsaylı institusional alətləri nəzərə alaraq ehtiyat tədbiri kimi vaxtından əvvəl prezident seçkilərinə hazırlaşıram", - deyə Marin Le Pen bildirib.
Le Penin fikrincə, hazırda dövlət başçısı hətta centrist blokdakı müttəfiqləri ilə də problemlər yaşaya bilər. Bu müttəfiqlərdən biri olan baş nazir Fransua Bayru ilə fikir ayrılığı yaşaya biləcəyi istisna deyil.
"Makron üçün hər şey bitib. Mən qəddar görünmək istəmirəm, bu, institusional reallıqdır", - deyə Le Pen ölkədəki daxili siyasi vəziyyəti şərh edib. O xatırladıb ki, son bir il ərzində üç baş nazir istefaya gedib.
Le Pen sonda qeyd edib ki, Makron beynəlxalq arenada da təsirini itirib: "O, hamı ilə mübahisə edib. Avropa İttifaqında artıq heç bir nüfuzu yoxdur və öz yetirməsi, xanım Fon der Lyayen tərəfindən ən pis şəkildə alçaldılıb".
Qeyd edək ki, Fransanın İctimai Rəy İnstitutu (Ifop) sorğu keçirərək Marin Le Penin Fransada prezidentliyə ən populyar namizəd olduğunu açıqlayıb. Sorğuya əsasən, əgər onun rəqibi sabiq baş nazir Qabriel Attal olarsa, Le Peni respondentlərin 38%-i, Attalı isə 20%-i dəstəkləyəcək. Əgər rəqib Eduar Filipp olsa, Le Penin dəstəyi 35%-ə, Filippin dəstəyi isə 26%-ə çatacaq.
Oxşar xəbərlər
"Aşk-ı Memnu"nun Bülenti bu qızla sevgilidir
"Aşk-ı Memnu"da Bülent obrazı ilə məşhurlaşan Batuhan Karacakaya şəxsi həyatı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o Sinem Akarla eşq yaşamağa başlayıb. B...