Fransada deputat intihar edib
Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) sağçı "Respublikaçılar" Partiyasından olan üzvü Olivye Marleks özünün seçildiyi dairədə - Anet kommunasında (Fransanın mərkəzindəki Er və Luar departamenti) intihar edib.
BAKU.WS "Repor.az"a istinadən xəbər verir ki,, bu barədə AFP agentliyi prokuror Frederik Şevalyeyə istinadən məlumat yayıb.
Məlumata görə, 54 yaşlı deputatın meyiti bazar ertəsi axşam saatlarında jandarm patrulu tərəfindən evində aşkarlanıb. Patrul kommunanın merini çağırıb.
Faktla bağlı təhqiqata başlanılıb.
F.Marleks parlamentə seçilməzdən əvvəl Nikola Sarkozinin prezidentliyi dövründə (2007-2012) onun müşaviri olub.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...