Finlandiya Qrenlandiya ilə bağlı NATO sammitinin keçirilməsini istəyib
Finlandiya prezidenti Aleksandr Stubb Arktika regionunda yaranmış vəziyyətin müzakirəsi üçün NATO sammitinin keçirilməsini təklif edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə "Bloomberg" agentliyinə açıqlamasında bildirib.
"Hazırda emosiyaların səngidilməsinə ehtiyac var, çıxış yolu tapmalı və ehtimal ki, Arktikanın təhlükəsizliyini möhkəmləndirəcək müəyyən bir mexanizm formalaşdırmalıyıq. Mən istərdim ki, NATO sammiti keçirilsin və biz hamımız regionda təhlükəsizliyin təmin olunması üçün yeni bir struktur üzərində razılığa gələk", – deyə Stubb qeyd edib.
Finlandiya prezidenti, həmçinin Qrenlandiya ətrafında yaranmış böhranın həftənin sonuna qədər həll oluna biləcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, bunun üçün ilk növbədə ritorika yumşaldılmalı və ABŞ-nin ada ilə bağlı iddialarının suverenlik məsələsi, yoxsa təhlükəsizlik məsələsi olduğu aydınlaşdırılmalıdır. Stubb ümid etdiyini vurğulayıb ki, bu məsələ daha çox təhlükəsizlik aspekti ilə bağlıdır.
Oxşar xəbərlər
İsrailin Beyruta zərbəsi nəticəsində dörd İran diplomatı həlak olub
İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində İranın dörd diplomatı həlak olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın BMT...