Finlandiya Prezidenti Avropa İttifaqının 40 ölkəyədək genişləndirilməsini təklif edib
Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqının üzv ölkələrinin sayının 27-dən 40-a çatdırılmasını təklif edib.
BAKU.WS xəbər verir ki, prezident bu barədə CNBC telekanalına müsahibəsində danışıb.
O, həmçinin Kanadanın da quruma qoşulmasının məqsədəuyğun ola biləcəyini bildirib.
"Kanadanın ABŞ-nin 51-ci ştatına çevrilməsi əvəzinə Avropa İttifaqının 28-ci üzvü olması gözəl olmazdımı?" – deyə Stubb vurğulayıb.
Finlandiya Prezidentinin sözlərinə görə, Avropa İttifaqı daha böyük hədəflər müəyyənləşdirməli və beynəlxalq arenada təsir imkanlarını artırmalıdır.
O, quruma üzv ola biləcək ölkələr sırasında Türkiyə, keçmiş Yuqoslaviya ölkələri, Albania, Norveç, İslandiya, Ukrayna, Moldova və Gürcüstanı qeyd edib.
Bundan əvvəl Almaniya Kansleri Fridrix Merts Ukraynanın yaxın müddətdə Avropa İttifaqına qəbul olunmasının mümkün görünmədiyini bildirib. O qeyd edib ki, Ukraynanın Aİ-yə üzvlük perspektivinin qorunması vacibdir, lakin bu prosesin qısa müddətdə baş verməsi real deyil.
Oxşar xəbərlər
Karni: ABŞ ilə razılaşma yalnız hər iki tərəfin maraqları nəzərə alınmaqla mümkündür
Kanadanın ABŞ ilə ticarət razılaşması hələ də mümkündür, lakin hər iki tərəfin maraqları nəzərə alınmalıdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barə...