Fidan Ukrayna böhranı haqqında: İki yol var - sülh və ya böyük dağıntılar
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqlarla bağlı bildirib ki, hazırkı vəziyyətin həlli üçün cəmi iki yol mövcuddur.
Bu barədə "İnterfaks" agentiyi məlumat yayıb.
"Bu yollardan biri sülh yoludur. Digəri isə daha böyük dağıntılara aparacaq", – deyə Fidan qeyd edib.
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqları 16 may İstanbulda başlayıb. Rusiya nümayəndə heyətinə Vladimir Medinski, Ukrayna heyətinə isə müdafiə naziri Rustəm Umerov rəhbərlik edir.
Görüşün əvvəlində Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirakçılara açılış nitqi ilə müraciət edib.
Bundan əvvəl İstanbulda Rusiya və ABŞ, eləcə də Türkiyə, ABŞ və Ukrayna nümayəndələrinin görüşləri də baş tutub.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...