"Fallout" serialını niyə 100 milyon tamaşaçı izlədi? - Səbəb və Detallar

Fallout serialını niyə 100 milyon tamaşaçı izlədi? - Səbəb və Detallar
Foto
Dünya 94

Bu ilin aprelində ekranlara gələn "Fallout" serialı ilk mövsümündə 100 milyon tamaşaçı tərəfindən izlənilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ekran işi bu ilin aprelində izləyicilərə təqdim edilib. Layihə ilk ay 80 milyon növbəti aylarda isə 20 milyon izlənilib.

Layihənin bu qədər kütlə tərəfindən izlənilməsi müzakirələrə səbəb olub. Bəs görəsən serialı bu qədər maraqlı edən nədir?

Kinotənqidçilər hesab edir ki, "Fallout"un bu qədər sevilməsinə səbəb hadisələrin gələcəkdə cərəyan etməsi və birdən çox janrın eyni serialda birləşməsidir.

Belə ki, "Fallout"da hadisələr 272 il sonra yəni, 2296-cı ildə cərəyan edir. Nüvə müharibəsindən 200 ildən çox keçəndən sonra, imtiyazlı və zənginlərin nəsillər yaxşı təchiz olunmuş bunkerlərdə yaşayır, bəşəriyyətin qalan hissəsi isə ağır şəraitdə sağ qalaraq yaşamağa cəhd edir.

33 nömrəli sığınacaqda yaşayan gözəl Lusi Maklin 32 nömrəli sığınacaqdakı oğlanla evlənmək istəyir. Lakin onların evinə basqınçılar hücum edir və atasını qaçırırlar.

Etirazlara baxmayaraq, sadəlövh qız basqınçıların liderini tapmaq üçün yola çıxır. Tezliklə onun yolu "Dəmir qardaşlığı" adlı hərbi-dini təşkilatının üzvü Maksimus və mutant lütf ovçusu ilə kəsişir.

"Fallout" fantastik, döyüş, dram və macəra janrında çəkilən serialdır. Ekran işinin rejissorları siyahısında Conatan Nolan, Kler Kilner və Fred Tua kimi adlar var. Senari müəllifləri Jeneva Robertson- Duoret, Qrem Vaqner və Keri Dornettodur.

Ekran işinin musiqisi iranəsilli alman bəstəkar Ramin Cavadiyə aiddir. O, Marvel filmi "Dəmir-Adam" və HBO kanalında yayımlanan "Taxt Oyunları" serialına bəstələdiyi musiqilər ilə tanınır. Baş rollarda Ella Pernell, Uolton Qoqqins, Moyzes Ariyas, Zak Çerri kimi aktyorlar çəkiliblər.

Ekran işinin ilk mövsümü "Amazon Prime Video"nun onlayn kinoteatrında yayımlanıb. Serial həm kinotənqidçilərdən, həm də tamaşaçılar tərəfindən xoş qarşılanıb.

Ekran əsəri ikinci mövsüm üçün çəkilişlərə start verəcək. Bu dəfə layihə Nyu-York və Nyu-Cersi əvəzinə Kaliforniyada lentə alınacaq.

Son xəbərlər