Fahriyedən sonra bu dəfə də Burakın bahalı "uşanka"sı müzakirələrə səbəb oldu

Gündəmdən düşməyən məşhur akyor Burak Özçivit bu dəfə də bahalı "uşanka"sı ilə bütün diqqətləri üzərinə çəkib.
BAKU.WS xəbər verir ki, Rusiyanın paytaxtı Moskvaya yollanan aktyor bununla bağlı sosial şəbəkədə paylaşım edib.

O, 25.5 milyon izləyicisi olan instaqram hesabında təyyarədən endiyi an çəkilən fotosunu paylaşıb.
Burak hava qarlı və şaxtalı olduğu üçün dəri "uşanka" geyinib.

Həyat yoldaşı Fahriye Evcenin bahalı kürkündən sonra bu dəfə Burakın dəri papağı müzakirələrə səbəb olub.
Lakin izləyicilər Fahriyedən fərqli olaraq Burakın dəri papağını bəyəndiklərini bildiriblər. Onlar paylaşıma "Papaq sizə çox yaraşıb", "Haradan almısınız?" - deyə şərh yazıblar.

Xatırladaq ki, ötən il Fahriye Evcenin Fransaya istirahəti zamanı geyindiyi bahalı kürkü tənqid edilmişdi. Onu izləyicilər "Yaprak dökümü" serialında varlı həyat yaşamaq arzusu olan tələbə "Necla" ilə müqayisə edib.
Bu geyiminə görə aktrisaya Bu geyiminə görə nifrət edib onu "Vicdansız" adlandırmışdılar.

Oxşar xəbərlər
Hollivud ulduzu heç vaxt həyat yoldaşı ilə seriala çəkilmək istəmir
Hollivud ulduzu Nikol Kidman etirafı ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, aktrisa həyat yoldaşı Kis Örbanla heç vaxt eyni seriala çəkilməyəcəyini deyib. ...
