Ezgi Molanın İspaniyadakı bahalı evini zəbt etdilər
Məşhur aktrisa Ezgi Molanın başına iş gəlib.
BAKU.WS xəbər verir ki, son zamanlar İspaniyada boş evlərə girərək zəbt edən "Okupa" qruplaşması Ezginin oradakı evindən də yan keçməyib.
Mənzil Barselonanın El Born bölgəsində yerləşir. Evin dəqiq qiyməti açıqlanmasa da həmin ərazidəki mənzillərin dəyəri 700 000 avrodan başlayır.
Ezgi bundan dostu sayəsində xəbər tutub. O son dəfə mənzilə baxmağa gedəndə orada kiminsə yaşadığını görüb.
Bunu öyrənən aktrisa "Okupa"lardan evini qurtarmaq üçün qanuni yollara baş vurub.
Məlumat üçün bildirək ki, "Okupa" qruplaşmaları ilk dəfə elə İspaniyada meydana gəlib. Bunlar boş evlərə girərək özünə orada yaşamaq hüququ tanıyan bir qrup şəxslərdir.
Oxşar xəbərlər
Hörmüz boğazında gəmi qanadlı raketlə vurulub
Hörmüz boğazından keçən gəminin gəmi əleyhinə qanadlı raketlə vurulduğu iddia edilir. Hadisə ilə bağlı ilkin məlumatlar açıqlansa da, insident hələlik rəsmi şək...