Everestdə qar fırtınası səbəbindən minə yaxın alpinist yolda qaldı

Everestdə qar fırtınası səbəbindən minə yaxın alpinist yolda qaldı
Dünya 47

Tibetin şərq yamacında yerləşən Everest Dağı ərazisində baş verən qar fırtınası səbəbindən minə yaxın alpinist dağa qalxa bilməyib.

BAKU.WS xəbər verir ki, Çin dövlət mediasının məlumatına görə, hələ də 200-dən çox alpinistə çatmaq mümkün olmayıb, lakin bir çoxları xilas edilib.

4 900 metr yüksəklikdə yollar qarla bağlanıb. Kənd sakinləri və xilasedici qruplar hadisə yerinə göndərilib. Xilas edilən alpinistlər Qudang kəndinə gətirilib. Yerli hakimiyyət intensiv qar və yağış səbəbindən Everest Turistik Bölgəsinə girişləri və bilet satışlarını dayandırıb.

Tibetin "Mavi Göy Xilasetmə" komandası bildirib ki, bəzi çadırlar qarın ağırlığı altında çökmüş və bəzi alpinistlər hipotermiya riski ilə üzləşib.

Xilas edilənlərdən Chen Geshuang deyib ki, hava qəfil dəyişib, çox soyuq və nəm olub, hipotermiya riski yüksək olub. Digər alpinist Eric Ven isə çadırlarının çökməməsi üçün hər 10 dəqiqədən bir qarı təmizlədiklərini söyləyib.

Xilas edilənlər kənd sakinləri tərəfindən qarşılanıb, onlara isti çay və yemək verilib. Yerli hökumət geridə qalanlar da mərhələli şəkildə xilas ediləcəyini açıqlayıb.

Son xəbərlər