Estoniya XİN rəhbəri: NATO Rusiyanın Baltik dənizinə çıxışını saatlar ərzində bağlaya bilər
NATO Rusiyanın Baltik dənizinə çıxışını bir neçə saat ərzində məhdudlaşdırmaq imkanına malikdir.
BAKU.WS xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bu barədə "The Times" qəzetinə müsahibəsində danışıb.
Tsaxknanın sözlərinə görə, NATO bir neçə saat ərzində 50 min təcrübəli hərbçini səfərbər edə və Baltik dənizində Rusiyanın hərəkət imkanlarını məhdudlaşdıra bilər. O, bu dənizin Rusiya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Estoniya XİN rəhbəri qeyd edib ki, söhbət NATO ilə Rusiya arasında birbaşa hərbi qarşıdurma yaranacağı təqdirdə mümkün ola biləcək ssenaridən gedir. Bununla belə, hazırda belə bir inkişafın əlamətlərinin müşahidə olunmadığını bildirib.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko isə daha əvvəl NATO-nun fəaliyyəti nəticəsində Baltik dənizinin hərbi qarşıdurma zonasına çevrildiyini və regionda gərginliyin nəzarətdən çıxa biləcəyini açıqlamışdı.
Oxşar xəbərlər
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb
Bu il Ədəbiyyat üzrə Nobel mükafatına kanadalı yazıçı və şair Anne Carson layiq görülüb. BAKU.WS xəbər verir ki, Carson bu nüfuzlu mükafata klassik ədəbiyyat ir...