Estoniya Qələbə Günü ilə bağlı Moskvaya uçuşlar üçün hava məkanını bağladı

Estoniya, Moskvada keçiriləcək 9 May Qələbə Paradına qatılmaq istəyən xarici dövlət nümayəndələrinin Rusiya istiqamətində uçuşları üçün öz hava məkanından istifadəni qadağan edib.
Bu barədə Estoniya xarici işlər naziri Margus Tsahkna məlumat verib.
Nazirin sözlərinə görə, Estoniyanın hava məkanından 9 May Qələbə Paradında iştirak üçün Moskvaya uçuş məqsədilə istifadə edilməsi istisnadır:
"Estoniya bu tədbirin keçirilməsini heç bir şəkildə dəstəkləmək niyyətində deyil".
Qeyd edək ki, mayın 6-sı axşam saatlarında Latviya və Litva da Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi üçün öz hava məkanlarını bağlayıblar. Serbiyanın "Veçerne Novosti" qəzetinin məlumatına görə, Riqa və Vilnüs bu qərarı prezident Vuçiçin Moskvaya səfərinin siyasi həssaslığı" ilə izah ediblər. Qadağanın nə qədər müddət davam edəcəyi isə hələlik məlum deyil.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasına əsasən, Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş paradda 29 xarici ölkənin liderinin iştirakı gözlənilir. Bu tədbirə Serbiya Prezidenti Aleksandar Vuçiç və Slovakiyanın Baş naziri Robert Fitso da qatılacaqlar. Vuçiçin Moskva səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcəyi də gözlənilir.

Oxşar xəbərlər
KİV: Aİ-nin 17-ci anti-Rusiya sanksiyalar paketinə 54 fiziki şəxs və 14 şirkət daxil edilə bilər
Avropa Komissiyası Rusiyaya qarşı 17-ci sanksiyalar paketi çərçivəsində 54 fiziki şəxsi, 14 şirkəti və 149 tankeri qara siyahıya daxil etmək niyyətindədir. BAKU...