Əsrlərdir ölü sayılan zəlzələ ocağı aktivləşib - Seysmoloqdan 7 ballıq proqnoz
Türkiyəli yer elmləri mühəndisi Serkan İçelli Sivasda əsrlərdir ölü olan qırılma xəttinin (fay xətti) aktivləşdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
"Saat 12:30-da 4,7 bal gücündə zəlzələ oldu. Bu zəlzələ avqustun 13-də yırtılan qırılma xəttinin üzərində baş verdi. Bir qədər şimal-şərqdən Akpınar kəndinə doğru atılma olub.
4,7, 4,1 bal gücündə yeraltı təkanların ardınca 3,7 bal gücündə afterşok qeydə alındı. Biz bu afterşok qruplarına baxacağıq.
Bu qırılma nöqtəsini daha böyük bir zəlzələ istehsal etməyini gözləyə bilmərik. Daha çox 5, 5,5 ballıq təkanlar gələ bilər. O, belə dağıdıcı zəlzələlər yarada bilməz. Bu köhnə qırılma zonasıdır, hansıki biz artıq ölü deyirik. Bu köhnə xətt aktivləşdirilib. Panikaya düşəcək heç nə yoxdur. Sivas ətrafında daha uzun və daha təhlükəli qırılma xəttləri var. 7 bal gücünə çata bilən qırılma xətləri mövcuddur. Ehtiyatlı olmaqda fayda var.
Xatırladaq ki, bu gün səhər saatlarında Sivas şəhər mərkəzində 10 dəqiqə ara ilə 4.7 və 4.1 bal gücündə 2 zəlzələ qeydə alınıb.
Oxşar xəbərlər
Ukrayna və Avropa ölkələri sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzalayıb
Ukrayna, Fransa və Böyük Britaniya Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynanın müdafiəsi, bərpası və strateji dayanıqlığına dəstək məqsədilə çoxmillətli...