Əsəd Suriyadan qaçıb - Müxaliflər Dəməşqə daxil olublar
08
dek
2024
08:46
Suriya prezidenti Bəşər Əsəd paytaxt Dəməşqi tərk edib.
Bu barədə Suriya Ordusundakı mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Əsəd bazar günü Dəməşqdən naməlum istiqamətə uçub.
Bu arada müxalifət qüvvələri Dəməşqin mərkəzi Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər.
Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.
Oxşar xəbərlər
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
Yaxın Şərqdəki son müharibə ABŞ hərbi bazalarının mövcudluğunun bölgə ölkələri üçün təhlükə olduğunu göstərib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu ba...