Ermənistan və BƏƏ müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
Ermənistanın müdafiə naziri Suren Papikyan işgüzar səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Dubayın Əmiri Məhəmməd bin-Rəşid Al Maktumla görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, görüşdə həmçinin Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan da iştirak edib. Tərəflər ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətini vurğulayıblar. Görüş çərçivəsində Ermənistan və BƏƏ arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb və qarşılıqlı fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib.
Nazirliyin məlumatına görə, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Fransada etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib
Fransanın bir sıra şəhərlərində oktyabrın 17-də keçirilən etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib. Paytaxt Parisdə nümayişçilərlə hüquq-mühafizə orqanl...