Ərəb ölkələrində toz FIRTINASI

Ərəb ölkələrində toz FIRTINASI
Dünya 50

Ərəb ölkələrində təsirli olan əlverişsiz hava şəraiti bölgəni şiddətli toz və qum fırtınaları ilə əhatə edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Filistin, İordaniya, Misir, Suriya, Livan, İraq, Küveyt, Qətər və Səudiyyə Ərəbistanında qum fırtınası səbəbilə rəsmi qurumlar əhaliyə xəbərdarlıq edib. İordaniya İctimai Təhlükəsizlik İdarəsi insanları ehtiyatlı olmağa çağırıb.

Misir Meteorologiya İdarəsinin məlumatına görə, fırtına Əsyut, Minyə və Süveyş şəhərlərini əhatə edib. Paytaxt Qahirə, şimal bölgələrində qum və tozun təsirinin zəiflədiyi, bəzi yerlərdə isə fırtınanın daha yüngül şəkildə davam etdiyi qeyd olunub.

Suriyalı rəsmi şəxslər ölkənin aşağı təzyiq sisteminin təsiri altına düşdüyünü və buna bağlı olaraq hava temperaturunun artdığını açıqlayıb. Livan Meteorologiya İdarəsi isə toz daşıyan küləklərin saatda 70 kilometrə çata biləcəyini, bəzi bölgələrdə ildırımlı yağışların müşahidə olunacağını bildirib.

Oxşar xəbərlər

Bu ölkə MDB-dən çıxacaq

Bu ölkə MDB-dən çıxacaq

Moldova Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlüyün əsasını təşkil edən əsas sazişlərin denonsasiya edilməsindən sonra təşkilatın tərkibindən çıxacaq. BAKU.WS...

72 Dünya 22:00 19 yanvar 2026

Son xəbərlər