Əraqçi: İranın qonşu ölkələrlə problemi yoxdur
İranın qonşu ölkələrlə problemi yoxdur, İslam Respublikası ABŞ-nin bazaları olan əraziləri hədəf alır.
BAKU.WS İranın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
"Bizim qonşu ölkələrlə işimiz yoxdur, biz bu ölkələrdə məskunlaşan Amerika əsgərləri ilə qarşı-qarşıyayıq" , - o bildirib.
Əraqçi Küveytin hava məkanında vurulan 3 qırıcı təyyarəyə də toxunub:
"Küveytlilər deyirdilər ki, onların bazalarından İrana qarşı hücum məqsədilə istifadə edilməyəcək, bəs bu gün vurulan həmin 3 qırıcı Küveyt torpaqlarında nə edirdi?".
Əraqçi: Küveytlilər deyirdilər ki, onların bazalarından İrana qarşı hücum məqsədilə istifadə edilməyəcək bəs bu gün vurulan həmin 3 qırıcı Küveyt torpaqlarında nə edirdi? "Bizim qonşu ölkələrlə işimiz yoxdur biz bu ölkələrdə məskunlaşan Amerika əsgərləri ilə qarşı-qarşıyayıq." pic.twitter.com/6kaqUGYR2r
— IRAN Emb. in R.Azerbaijan (@IRANINBAKU) March 3, 2026
Oxşar xəbərlər
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər – Trampdan açıqlama
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişənin nizamlanması istiqamətində razılıq əldə olunmasa, Moskvaya qarşı sanksiyaların sərtləşdiri...