Əli Laricanini ABŞ kəşfiyyatı izləyib, yoxsa yerini İsrail agentləri deyib?

Əli Laricanini ABŞ kəşfiyyatı izləyib, yoxsa yerini İsrail agentləri deyib?
Dünya 53

Siyasi ekspertin fikrincə, Əli Laricaninin öldürülməsi ABŞ kəşfiyyatının imkanları və İsrailin agent şəbəkəsi ilə bağlı ola bilər.

BAKU.WS xəbər verir ki, politoloq, Moskva Dövlət Pedaqoji Universiteti nəzdində fəaliyyət göstərən Tarix və Siyasət İnstitutunun direktor müavini Vladimir Şapovalov bildirib ki, İranın yüksək vəzifəli şəxslərinin hədəfə alınması təsadüfi deyil.

Onun sözlərinə görə, bu cür əməliyyatların həyata keçirilməsi həm ABŞ-nin güclü kəşfiyyat imkanları, həm də İsrailin Tehran daxilində geniş agent şəbəkəsi ilə bağlıdır:

"İranın siyasi və hərbi rəhbərlərinə qarşı həyata keçirilən uğurlu hücumlar bir neçə amilin nəticəsidir. Bunlardan biri ABŞ-nin xüsusilə peyk kəşfiyyatı sahəsində yüksək texnoloji imkanlarıdır. Birləşmiş Ştatların iştirakı olmadan belə dəqiq əməliyyatların həyata keçirilməsi çətin olardı".

Şapovalov xatırladıb ki, əvvəllər də oxşar hadisə baş verib. Belə ki, Donald Trampın göstərişi ilə Qasım Süleymani öldürülmüşdü və bu hadisə də ABŞ kəşfiyyatının fəaliyyəti ilə əlaqələndirilmişdi.

Ekspert əlavə edib ki, bu cür hadisələrin mümkün olmasının digər səbəbi isə İsrailin İran ərazisində geniş agent şəbəkəsinə malik olmasıdır. Bu baxımdan, İran rəhbərliyi üçün yüksək vəzifəli şəxslərin təhlükəsizliyinin təmin edilməsi xüsusilə aktual məsələ olaraq qalır.

Son xəbərlər