Ekrem İmamoğlunun məhkəmə zalından görüntüləri yayıldı
İstanbul Böyük Şəhər Bələdiyəsinin keçmiş sədri Ekrem İmamoğlunun məhkəmə zalından görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, hakimin qərarı ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsinə baxmayaraq o nikbinliyini qoruyub.
Məhkəmə zalını da elə sağollaşaraq nikbin ruhda tərk edib.
Xatırladaq ki, o gün keçirlən məhkəmədə "vəzifə borcunu yerinə yetirdiyinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək" maddəsi ilə ittiham olunub. İmamoğluna ittiham olunduğu "terrorla mübarizədə iştirak edən insanları hədəfə almaq" maddəsi barədə isə bəraət verilib.
Əvvəllər onun 2 il 8 aydan 7 il 4 aya qədər həbsi istənilirdi.
Ekrem İmamoğlu İstanbul Respublika Baş prokuroru Akın Gürleklə bağlı səsləndirdiyi təhqiramiz sözlərə görə barəsində istintaq başladılmışdı.
Oxşar xəbərlər
Türkiyədə qadın alt paltarı mağazasının dualarla açılışı edildi
Türkiyənin Çorum şəhərində qadın alt paltarı mağazasının açılışı dualarla edilib. BAKU.WS xəbər verir ki, açılış mərasimində bələdiyyə sədri, siyasi partiya nüm...