Əkrəm İmamoğlunun işçisi saxlanıldı - 4-cü dalğa əməliyyatı

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya istintaqı çərçivəsində həyata keçirilən 4-cü dalğa əməliyyatı zamanı saxlanılan 45 nəfər məhkəməyə göndərilib. Onlar arasında sabiq mer Əkrəm İmamoğlunun mühafizə müdiri Mustafa Akın da yer alır.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, Saxlanılan şəxslərin prokurorluqda dindirildikdən sonra növbətçi məhkəməyə təqdim olunacağı gözlənilir. Əməliyyatla bağlı axtarışda olan 4 şübhəlinin tutulması istiqamətində işlər davam edir.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqda Əkrəm İmamoğlu da daxil olmaqla bir sıra şəxslərə qarşı "cinayətkar təşkilat yaratmaq və rəhbərlik etmək", "cinayətkar təşkilata üzv olmaq", "rüşvət", "dələduzluq", "şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "tenderlərə müdaxilə" ittihamları irəli sürülüb.
Mayın 23-də keçirilən əməliyyat zamanı KİPTAŞ İdarə Heyətinin sədri Ali Kurt, İSTAÇ rəhbəri Ziya Gökmen Togay, İBB Yol Baxım və Altyapı Koordinasiya Dairəsinin rəhbəri Seyfullah Demirel və sabiq merin mühafizə müdiri Mustafa Akın daxil olmaqla ümumilikdə 45 nəfər saxlanılıb.
İstintaq materiallarına əsasən, İBB-yə bağlı olan KİPTAŞ və İSTAÇ şirkətlərində baş verən qanunsuzluqlar birbaşa olaraq İmamoğlunun yaxın ətrafına – Fatih Keleş, İbrahim Bülbüllü və Murat Gülibrahimoğluna qədər uzanır. Bu şəxslərin tenderlər, torpaq sahələri və pulların yuyulması əməliyyatlarında birbaşa iştirak etdiyi iddia olunur.
Şübhəli Sarp Yalçınkaya və Gülibrahimoğlunun birgə şəkildə cinayət gəlirlərini qanunsuz yollarla sistemə daxil etdiyi bildirilir. Âdem Soytekinin isə KİPTAŞ vasitəsilə həyata keçirilən əmlak maxinasiyalarında vasitəçilərlə əlaqə saxladığı qeyd olunur.
Saxlanılan bəzi şəxslərin adları:
-
Ali Kurt – KİPTAŞ İdarə Heyətinin sədri
-
Ziya Gökmen Togay – İSTAÇ İdarə Heyətinin sədri
-
Seyfullah Demirel – İBB Yol Baxım və Altyapı Koordinasiya Dairə başçısı
-
Mustafa Akın – İmamoğlunun mühafizə müdiri
-
Arif Gürkan Alpay – İBB baş katibinin müavini
-
Kadriye Kasapoğlu – İBB Xüsusi müdiri
-
Ceyhun Avşar – İBB Raylı Sistemlər Dairəsi rəhbəri
-
Yavuz Saltık – İBB sabiq xüsusi müdiri
-
Ahmet Önal – Avropa Yakasında Raylı Sistemlər Şöbə müdiri
-
Burak Alp, Osman Şahin, Murat Er – Yol Baxım və Onarım Şöbəsinin rəhbər şəxsləri
-
Habibe İlknur Kaya, Atilla Alkan, Burak Salman, Davut Şener – İBB-nin müxtəlif mühəndisləri
-
Abdulbaki Yayla, Fadime Şimşek İpşir – İBB kompüter operatorları
-
Hakan Kuk – İBB texniki işçisi
Axtarışda olan 4 nəfər:
-
Süleyman Aslan
-
Bahattin Uçar – Invest EBA şirkətinin sahibi
-
Serbülend Danış – Danış Asfalt şirkətinin ortağı
-
Berat Çağrı Kapki – şübhəli Murat Kapki ilə qohum
Hazırda istintaq çərçivəsində bütün bu şəxslərin rolu ilə bağlı ekspertlər tərəfindən dəyərləndirmələr aparılır və detallı hesabatlar hazırlanır.
Oxşar xəbərlər
Tramp: "Putin odla oynayır"
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin odla oynadığını bildirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə "Truth Social" sos...
